Ermənistanın KTMT-dən çıxması təklif olunur
Ermənistanda “KTMT-dən çıxış” təşəbbüsünün üzvləri parlamentin spikeri Alen Simonyana müraciət ünvanlayaraq parlamentdə dinləmələrin keçirilməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Məlumata görə, müraciətin mövzusu əsas olaraq Ermənistanın KTMT-dən çıxmasını müzakirə etməkdən ibarətdir.
Qəzet yazır ki, müraciət, həmçinin müxtəlif komissiyaların rəhbərlərinə göndərilib.