Oğuzda aptekdə yanğın olub

Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Xaçmaz kəndində ümumi sahəsi 42 m² olan əczaxananın yanar konstruksiyaları və içərisindəki dərman preparatları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.