MN: Rusiya qoşunları Dnepr çayının sağ sahilini tərk edir


Rusiya qoşunları plana uyğun olaraq ciddi şəkildə Dnepr çayının sol sahilində hazırlanmış mövqelərdə manevr həyata keçirir.



APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib

Qeyd olunub ki, qoşun bölmələri Dnepr çayının sağ sahilini tərk edərək çayın sol sahilində hazırlanmış mövqelərdə manevr edir.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin dünən müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir. Şoyqu isə öz növbəsində, qoşunların geri çəkilməsini əmr edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu