Podolyak: “Rusiya hərbçiləri Xerson ərazisini minalayırlar”
“Rusiya hərbçiləri Xerson ərazisini minalayır və şəhəri xarabalığa çevirməyi planlaşdırırlar”.
“Report” xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bu barədə tviterdə paylaşım edib.
"Rusiya Federasiyası Xersonu "ölüm şəhəri"nə çevirmək istəyir. Rusiya hərbçiləri hər yeri - mənzilləri, kanalizasiyaları minalayırlar. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır", - paylaşımda deyilir.
Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsindən çıxarılması barədə əmr verib.