“Bir ağac - min nəfəs” aksiyası bu dəfə Masallı və Lənkəranda keçirilib


Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası bu dəfə Masallı və Lənkəran rayonlarında keçirilib və vətəndaşlardan ümumi tutumu 270 litr olan plastik, 7 litr şüşə, 12 kiloqram kağız tullantı, 111 ədəd işlənmiş batareya təhvil götürülərək təkrar emala göndərilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN-in, “Təmiz Şəhər” ASC və “Bazar store” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyalarda plastik, şüşə, kağız və işlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb.

“Aksiyanın keçirilməsində məqsəd hər kəsi ağac əkməyə təşviq etməklə yanaşı, tullantıların sayının azaldılmasına və təkrar emalına dəstək olmaqdır”.

S.Məmmədovanın sözlərinə görə, aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu