Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub


“Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Şamaxı rayonunun Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsini yenidən qurub.



AFN bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur ki, istimarda idi. Yenidənqurma işləri nəticəsində kənddə 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 km-a yaxın 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xəti tam yenilənib.

Ərçiman kəndində də 10 və 0,4 kV-luq elektrik xətləri ləğv edilərək 20 km-dən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.

Hər iki kənddə abonentlərin sayğacları yenisi ilə əvəz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu