“Betmen”in maşını satılır


Rejissor Tim Burtonun çəkdiyi filmdə uzun illər bütün uşaqların sevimli superqəhrəmanı olmuş Betmenin avtomobili hərraca çıxarılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da ən məşhur kino personajlarından biri olan əfsanəvi Batmenə məxsus avtomobilin satışa çıxarılması maraq doğurub.

Maşın 1992-ci ildə buraxılmış "Batman qayıdır" blokbasterinin çəkilişlərində iştirak edib. Qara avtomobil parlaq futuristik görünüşə və eyni zamanda, çox təvazökar texniki xüsusiyyətlərə malikdir. “Şevrolet” brendinin modellərindən birinin əsasında hazırlanan superkar aşağı güclü elektrik mühərriki ilə təchiz olunub, o, saatda 50 kilometr sürətlənməyə imkan verir. Kokpitdə üç oturacaq, o cümlədən çəkiliş zamanı maşını idarə edən kaskadyor üçün xüsusi gizli oturacaq var. Başqa bir xüsusiyyət əsl alov maşınının olmasıdır, filmin bəzi səhnələrində ondan istifadə olunub. İkonik avtomobilin başlanğıc qiyməti 1,5 milyon dollar təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu