Tailandda iş adamı meymunlara təşəkkür ziyafəti verdi - FOTOLAR
Tailandın Lopburi şəhərində meymunlar üçün festival təşkil edilib.
AFN.az-ın xarici mətbuata istinadən xəbərinə görə, minlərlə meymun açıq havada hazırlanmış 2 tonluq meyvə və tərəvəzdən ibarət ziyafət məclinə axın edib. Turistlərin də böyük maraq göstərdiyi bu qeyri-adi festivalda inalılmaz olaylar yaşanıb. Təxminən 4 min meymun onlar üçün üçün xüsusi hazırlanmış ziyafətin qonağı olub. Bu ideyanın müəllifi isə tailandlı bir iş adamıdır. O, turistlərin və yerlı sakinlərin də kömək etdiyi kompaniyada 2 tonluq meyvə və tərəvəz qonaqlığını xüsusi olaraq meymunlar üçün hazırladıb.
Qidalara hücum edən meymunlar saniyələr içində 2 tonluq yemeyi silib-süpürdülər. Bu festivalın keçirilməsi eyni zamanda, turistlərin şəhərə axın etməsində payı olan meymunlara təşəkkür səbəbindən qaynaqlanır.
Qeyd edək ki, bu festival 34 ildir ki, hər il davamlı olaraq oktyabr ayının son bazar günü Lopburi şəhərindəki antik ibadətgahın önündə təşkil olunur. İlk dəfə 1989-cu ildə hazırlanmış festivalda, makaka cinlsi meymunlar özlərinə təqdim olunan yeməklərdən ləzzət almışdılar.