Taylandda şəhəri zəbt edən meymunların toplanmasına başlanıldı


Son illərdə sayı sürətlə artan meymunların Taylandın Lopburi şəhərində toplanmasına başlanılıb.



Cənubi Asiya ölkəsi Taylandın 'meymun şəhəri' olaraq da tanınan Lopburidə son illərdə böyüyən meymun böhranı davam edir.

COVID-19 dövründə bölgəyə gələn turistlərin sayının azalması və bunun nəticəsində qida axtarışı nəticəsində şəhərə girən meymunlar yerli əhalinin gündəlik həyatına mənfi təsir göstərir.

Meymunlar yemək axtarmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanların çantalarına və yeməklərinə hücum edir.

Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyindən verilən açıqlamada meymun hücumlarına məruz qalanlara təzminat ödəniləcəyi, Lopburi şəhər mərkəzində meymunların sayının mərhələli şəkildə azalacağı açıqlanıb.

Açıqlamadan sonra başladılan əməliyyatda Tayland Milli Parklar və Vəhşi Təbiəti Mühafizə Departamentinin (DNP) bölmələri dünən Lopburi şəhərində meymunların toplanmasına başlayıb.

Əməliyyata qatılan qrupların çox ağıllı və sürətlə hərəkət edən meymunları tutmaq üçün müxtəlif üsullar sınadığı görülüb.

Əməliyyat çərçivəsində şəhər mərkəzində tutulan 50 yetkin erkək meymunun əvvəlcə meşəyə buraxılması, sonra isə meymunların müşahidəsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu