Öskürən uşağa bu qidaları qətiyyən verməyin! - pediatr məsləhəti


Uşaq öskürürsə bunları yeməsin: portağal, narıngi, kivi, nar, araxis, qoz, inək südü, bal, şokolad, şirniyyat, keçibuynuzundan başqa doşablar, mövsümündə çiyələk, şaftalı.


AFN.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib. Onun sözlərinə görə, bunlar allergik fonu gücləndirən məhsullardır: "Sual verilə bilər ki, mənim uşağımın öskürəyi virusdan sonra oldu, yəni allergik deyil, yaxud mənim uşağım umumiyyətlə allergik deyil və bu məhsulları həmişə rahatlıqla yeyib. Məsələ bundadır ki, bu məhsullar allergiya törətməkdə potensial məhsullardır. Yəni potensial cinəyatkardırlar. Yəni bir cinayət baş verəndə ilk kimlərdən şübhə edilirsə bu məhsullar da o cürdür: allergik reaksiya varsa ilk olaraq bu məhsullara baxllır.
Əgər uşaq allergik uşaqdısa (ki bu da gunumuzdə mən deyərdim ki, 80% belədir), məhz bu məhsullara qarşı yüksək həssaslığı olmasa belə, öskürək zamanı onları verməyəcəyik. Çünki virus infeksiyası zamanı da allergik vəziyyət aktivləşmiş olur. Və digər potensial allergenlər burda tətikləyici iş görürlər, prosesin düzəlməsini ləngidirlər. Birinci ona görə ki, virus infeksiyası həm də mədə-bağırsaq sistemini zədələyir, bağırsaqda sıx təmas sistemini pozaraq "dəlikli" bağırsağın yaranmasına gətirir. Belə olanda hər şey rahatlıqla qana keçir və allergik uşaqda onsuz da həssas olan immun sistemi bir az da həssaslaşır".
Pediatrın sözlərinə görə, əgər uşaqda hər hansı səbəbdən dəridə allergik reaksiya verəndə pəhriz təyin edilirsə, eləcə də bronx həssaslığı zamanı da həmin qidalardan uzaq durmaq lazımdır: "Məsələn, uşaq yumurtadan səpdi. Biz ona səpdiyi müddətcə "onsuz da portağala allergiyası yoxdur" deyib portağal verməli deyilik. Çunki portağal bu zaman əsas cinayətkar olmasa da, cinayətə şərait yaradan olacaq. Eləcə də bronx allergiyası (bronxospazm, öskurək) zamanı da bu prosesi törədən virus olsa belə bağırsaqdan gələ biləcək bütün digər allergenlərin qarşısını almağa çalışmalıyıq, nəinki onların artması. Bu ona bənzəyir ki, düşməni tanıyırıq, amma düşmənin dostlarını da tanıyıb onlarla da ehtiyatlı davranmalıyıq. Bronx həssaslığı seliyin artması, bəlğəmin yaranması və öskürək ilə, digər halda bronxlarda sıxılma, tutmaşəkilli öskürək, inağ ilə özünü göstərə bilər. İstənilən səbəbli öskürək zamanı pəhriz mütləqdir. Selikli qişanı qıcıqlandıran məhsullardan uzaq olmaq lazimdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu