Gürcüstan-Rusiya yolu yük maşınları üçün bağlanıb


Gürcüstandan Rusiyaya gedən yol buz və qar səbəbindən yük maşınları üçün bağlanıb.


AFN.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb”, - məlumatda deyilir.

Qudauri-Kobi və Mleta-Qudauri hissələrində digər avtomobillər üçün hərəkətə icazə verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu