Jdanov: "Ukrayna rus ordusu ilə bağlı daha bir mifi məhv etdi"


Hərbi ekspert Oleq Jdanov rus ordusu barədə maraqlı açıqlamalar verib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, Jdanov Ukrayna Rusiya aerodromlarını vurmaqla məğlubedilməz rus ordusu ilə bağlı daha bir mifi tamamilə məhv etdiyini deyib. Onun dediyi kimi, bu hadisələr sübut etdi ki, Rusiya Federasiyasının "ən davamlı və ən alınmaz" hava hücumundan müdafiəsi haqqında hekayəsi də saxtadır: "Prinsipcə, biz başqa bir mifi tamamilə məhv etdik. Əgər müharibənin əvvəlində Rusiya "dünyada ikinci ordusuna" sahib olması, dünyanın ən alınmaz hava hücumundan müdafiəsinə malik olması ilə öyünürdüsə, partlayışlar bu mifi darmadağın etdi".
Ekspertin fikrincə, aerodromlardakı partlayışlar Rusiya cəmiyyətinə də təsir edəcək və Rusiya Federasiyası daxilində də müharibə əleyhinə əhval-ruhiyyə yüksələcək: “Həqiqətən də bu cür partlayışlar Ukrayna ilə sərhədin bu qədər dərinliyində “bu, bizim müharibəmiz deyil və müdaxiləyə ehtiyac yoxdur” kimi mövcud olan ictimai rəyi dəyişdirir, insanları qorxuya salır, antimüharibə ovqatı yaradır. Amma təəssüf ki, rus cəmiyyətində müharibəyə dəstək hələ də kifayət qədər yüksək olaraq qalır. Onlar elə hesab edirlər ki, nizami orduları var. Onlara demirlər ki, həmin ordu artıq dağılıb". Jdanova görə, Rusiya cəmiyyətində hazırda belə bir rəy formaşıb: “Biz bu müharibəni dəstəkləyirik. Amma vuruşmağa getməyəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu