Ukrayna: "Luqansk və Berdyanskda Rusiya helikopterlərini və hava limanının avadanlıqlarını vurduq"


Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzi (StratCom) bildirib ki, Ukrayna qüvvələri gecə saatlarında Luqansk və Berdyansk yaxınlığında Rusiya ordusuna məxsus helikopterləri və hava limanının texnikasını vurub.



StratCom-dan verilən açıqlamada bildirilib ki, bu gecə Ukrayna ordusu müvəqqəti olaraq Rusiyanın nəzarətində olan Luqansk və Berdyansk yaxınlığında Rusiya texnikasına hücum edib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada, Ukrayna əsgərlərinin son sutkada rus əsgərlərinin, silah və texnikasının cəmləşdiyi ərazilərə 4 hücum təşkil etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu