Qurban Qurbanov bu ilin ən yaxşı məşqçisi seçildi


Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.


AFN.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci olub.

67 jurnalistin qatıldığı sorğuda 54 səs toplamaqla, Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu