Prezident dövlət himnini dinləyən zaman altını isladıb

Cənubi Sudan dövlətinin prezidenti Salva Kiir dövlət himnini dinləyərkən altını isladıb.
AFN.az xarici agentliklərə istinadən xəbər verir ki, görüntüləri Twitter-də Kivu News 24 yayımlayıb.
Videoda magistralın açılışında orkestrin çıxışı zamanı siyasətçinin şalvarının ayağının necə islandığı göstərilir. Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Afrikalı politoloqların fikrincə, buna səbəb prezidentin ifrat vətənpərvərliyi olub, ona görə himn səslənənə qədər tualetə gedə bilməyib.