Dərə kənarında ağaca ilişib qalan itin xilası üçün briqada gəldi - VİDEO


Ağaca ilişib dərə kənarında qalan itin köməyinə xilasedicilər gəlib.


Türkiyədə dərə kənarında kolluqda qalan iti xilasedicilər qurtarıb. AFN.az xəbər verir ki, itin xilasına xilasedici briqadası gəlib.

Hadisə Bolunun Yazıören kəndi ərazisindəki Büyüksu dərəsində baş verib. Əldə edilən məlumata görə, kəndin girəcəyində kolluq ərazidə gəzən itin ipi ağaca ilişib. Ağacdan qurtula bilməyən itin səsini evi dərəyə yaxın olan vətəndaş eşidib. Onun tələyə düşdüyünü zənn edən heyvansevər vətəndaş əvvəlcə iti yerindən çıxarmağa çalışsa da, səyləri yetərli olmadıqda vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildirib.

İt hadisə yerinə göndərilən xilasedicilər tərəfindən tapıldığı yerdən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu