DSX Akademiyasına yeni rəis təyin olundu


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.


AFN.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

Xatırladaq ki, xəbəri ilk olaraq "Gununsesi.info" saytı yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu