Bakıda iki avtomobil toqquşdu- Xəsarət alanlar var/FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AFN.az xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Ardınca “Mercedes-Benz” dəmir məhəccərə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, “Mercedes-Benz”də olan iki sərnişin yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.