“ABŞ Ukraynadakı münaqişədən yüksək gəlir əldə edir” - Rusiya XİN

“ABŞ-ın hərbi sənaye kompleksi Ukraynadakı münaqişədən yüksək gəlir əldə edir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiev bildirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ-ın getdikcə daha çox bu münaqişəyə cəlb olunması və bu münaqişədə batmaq riski barədə düşünmür.
XİN rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar son “əfqan fiaskosu” ssenarisini təkrarlaya bilər: “Amerikalı siyasətçilər bu təhlükəni görmürlər. ABŞ elitasında sağlam düşüncəyə bel bağlamaq olmaz”.