ABŞ və Kanada qara təslim oldu: Ölənlərin sayı 50-yə çatıb


ABŞ və Kanadada qar fırtınası nəticəsində həyatını itirənlərin sayı 50-yə yüksəlib.


AFN.az İHA-ya istinadən xəbər verir ki, ABŞ və Kanadada şiddətli qar fırtınası həyatı dayandırıb. Son 40 ilin ən böyük qar fırtınası ilə mübarizə aparan ABŞ-da can itkisi artır. Ölkə daxilində əlverişsiz hava şəraitinin yaratdığı bir çox qəza və soyuq hava nəticəsində həyatını itirənlərin sayı 46-ya yüksəlib. Son məlumatlara görə, Nyu-Yorkun Buffalo şəhərində 18 nəfər ölüb.

Buffalonun tabe olduğu Erie qraflığının meri Mark Poloncarz bölgədə qarın qalınlığının təxminən 1,2 metrə çatdığını bildirib. "Bu, heç birimizin ümid etdiyi və ya gözlədiyi Milad bayramı deyil, ancaq bu gün Milad bayramını mümkün qədər xoşbəxt keçirməyə çalışın. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm", - Poloncarz deyib.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) çovğun və soyuğu “nəsildə bir dəfə” kimi xarakterizə edib. Şənbə günü Kanadanın Britaniya Kolumbiyası əyalətinin Merrit şəhəri yaxınlığında Kelownadan Vankuverə gedən şəhərlərarası sərnişin avtobusu naməlum səbəbdən aşıb. Polisdən verilən açıqlamada qəzanın yollarda həddindən artıq buzlanma səbəbindən baş verə biləcəyi bildirilib və qəza nəticəsində xəsarət alan 52 nəfərin xəstəxanaya yerləşdirildiyi, 4 nəfərin isə dünyasını dəyişdiyi açıqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, ümumilikdə 8 nəfərin müalicəsinin davam etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu