Qadının yubkasının altından fotosunu çəkdi, kameraya düşdü - VİDEO
Marketdə əyilərək rəfdən məhsul götürən qadının yubkasının altından fotosunu çəkən gənc komissar həbs edilib.
AFN.az xəbər verir ki, hadisə İstanbul Kağıthanesindəki marketdə baş verib. Belə ki, marketdə alver edən qadının yubkasının altından cib telefonu ilə şəkil çəkdiyi aşkarlanan müfəttiş S.E. həbs olunub. Bu barədə İstanbul Valiliyi məlumat yayıb. İstanbul Kağıthanedəki marketin təhlükəsizlik kamerasına əks olunan görüntülər sosial mediada müzakirə mövzusu olub.
Respublika Prokurorluğunun başlatdığı istintaqla S.E. saxlanıb.