Nizami rayonunda 17 bina istiliksiz qalıb


Səhər saat 06.00-dan 11.30-a qədər "Azəristiliktəchizat" ASC-nin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub.

Qurumdan "Ölkə.Az"a verilən məlunata görə, müraciətlər daha çox Nizami rayonundan daxil olub:

"Çünki Nizami rayonunda istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Qurum əməkdaşları hadisə yerinə gedib və yaxın saatlarda istilik bərpa olunacaq", - deyə açıqlamada bildirilib.

Digər ərazilərdən isə əvvəlki günlərdəki qədər müraciət daxil olduğunu deyən "Azəristiliktəchizat" ASC gücləndirilmiş iş şəraitində çalışdıqlarını əlavə edib: "Qrafikə uyğun olaraq istiliyin verilməsində ciddi problem yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu