"Vaqner"çiləri Putinin qızı müalicə etdirir


Ukraynadakı döyüşlərdə yaralanan "Vagner" şirkətinin muzdluları Sankt-Peterburqdakı "My Medical Center" klinikasında müalicə alır.


AFN.az xəbər verir ki, adıçəkilən klinikanın Rusiya prezidenti Vladimir Putinin dostu, milyarder Yuri Kovalçuk və prezidentin qızı Mariya Vorontsova ilə bağlı olduğu bildirilir. Yanvarın 18-də "Kepka Priqojına" teleqram kanalında "Vaqner"in təsisçisi Yevgeni Priqojının Sankt-Peterburqdakı klinikalardan birində reabilitasiya keçən ağır yaralı əsgərləri necə ziyarət etdiyini göstərən videomaterial yerləşdirilib.
“Azadlıq” radiosu müəyyən edib ki, Priqojinin reabilitasiyadan keçən muzdlu əsgərlə görüşünün videogörüntüləri Malaya Konyuşennaya küçəsində, əvvəllər "SOGAZ tibbi" adlananan klinikada çəkilib.
Xəstəxananın rəhbəri Vladislav Baranov Prezident Putinin qızı Mariya Vorontsovaya bağlı şəxsdir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu