Rusiyanı dəstəklədiyinə görə deputatlığı ləğv edildi


Rusiya prezidenti Vladimir Putinin siyasətini və Ukraynaya hərbi müdaxiləni dəstəkləyən Qazaxıstan parlamentinin aşağaı palatası-Məclisin üzvü Azamat Abildayev “Ak Jol” (İşıqlı Yol) partiyasından xaric edilib.


AFN.az xəbər verir ki, bu barədə hakim partiyanın yanvarın 19-da rəsmi saytında dərc olunmuş press-relizində məlumat yerləşdirilib. Partiya bildirib ki, Abildayevin deputat mandatına xitam verilməsi ilə bağlı artıq Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Məsələyə münasibət bildirən Abildayev partiya sıralarından çıxarılması qərarı ilə razı olduğunu və seçkilər öncəsi partiyanı yalnız birinin sözü ilə əvəz etmək istəmədiyini deyib.
Qazaxıstan parlamentində oturan üç partiyadan biri olan İşıqlı Yol Partiyası dünən deputatın Ukraynadakı müharibə ilə bağlı açıqlamalarından sonra milli şuranın plenar iclasını çağırdığını elan edib.
Qeyd edək ki, Qazaxıstan Məclisinin üzvü Azamat Abildayev ötən il Ukraynaya təcavüz edən və qonşu ölkəni məhv etməkdə, dinc əhalini öldürməkdə davam edən Rusiyanı dəstəklədiyini deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu