Ələkbər Yasamallı ölən yaxınını ziyarət edib, FOTO PAYLAŞDI


Bir neçə ay Almaniyada müalicə alan, bir müddət öncə Azərbaycana qayıdan meyxanaçı Ələkbər Yasamallı sosial mediada paylaşımı ilə diqqət çəkib.


AFN.az xəbər verir ki, o, "Instagram"da üç il əvvəl intihar edən bacısı oğlu Şamxalın məzarını ziyarət edib, foto paylaşıb.

Ələkbər paylaşıma bu sözləri yazıb:

"30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez ötdü. Şamxalsız 3 il isə ağrılı-acılı, hər saniyəsi kədər dolu 30 il kimi göründü. Kaş bu sözləri sən mənim üçün yazardın, nur üzlü Şamxalım. Bu 3 ilin hər ağrılı anı da "kaş" deyə-deyə keçdi. Səninlə üzbəüz dayanıb, dərdləşmək üçün nələr verməzdim. Amma sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görünməyib. Allah günahlarını bağışlasın. Qəbrin nurla dolsun”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu