Ələkbər Yasamallı hirsləndi: Mənə elə gəlir ki, Namiqin adamıdır... - VİDEO


Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə "Xəzər" telekanalında yayımlanan "Zarafat bir yana" verilişində gərgin anlar yaşanıb.


Ölkə.Az xəbər verir ki, proqramın budəfəki qonağı meyxanaçı Ələkbər Yasamallı izləyicilərdən birinin ona ünvanladığı sualı bəyənməyib.

Verilişdən sonra aparıcılarla danışan meyxanaçı suala qəzəbləni ifadə edib və narazılığını bildirib.

Sözügedən kadrları Nicat Rəhimov instaqram hesabında paylaşıb.

"Hanı o uşaq? Mən onun yanına niyə gedirəm, o gəlsin bura. Tamaşaçıların qarşısında o sualın verilməsi düz gəlmir. Uşağa zəng gəldi, mənə elə gəlir ki, Namiqin adamıdır. Yenə də Allahı bilər, özü bilər. Namiq də mənim dostumdur, amma bir az başqa cür olub". - Ələkbər deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu