Şəhid övladları üçün yeni vergi güzəştləri qüvvəyə mindi


Azərbaycan Respublikatının Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.


AFN.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən bu aydan etibarən istifadə edəcəklər: "Şəhidlərimizin övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat yoldaşları ilə yanaşı, övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu.
Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı, hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu, şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu