NASA dünyanın sonunun gələcəyi vaxtı AÇIQLADI
Meteorit zərbəsi, qlobal istiləşmə, iqlim böhranı, nüvə müharibəsi, yadplanetlilərin işğalı... Dünyanın nə vaxt və necə sonunun olacağı ilə bağlı nəzəriyyələr irəli sürməyə davam edir. Son nəzəriyyə NASA-dan gəlib və qurum həyatın son tarixini verib.
NASA-nın tədqiqat qrupu müəyyən edib ki, Günəş nəhayət Yerin oksigenini tükəndirəcək və Yer kürəsini yaşamaq üçün yararsız hala salacaq. Araşdırma qrupunun nəticələrinə görə, dünyanın sonuna bir milyard il var. Dərc olunan məqalədə bildirilir ki, yer günəş şüaları hesabına oksigenləşir. Lakin kifayət qədər ləng gedən bu proses gündəlik həyata təsir etmir.
Modelləşdirmədə, bu gündən düz 1 milyard il sonra, yəni tarixlər 1.000.002.021-i göstərdikdə, oksigen miqdarı yaşamaq mümkün olmayan səviyyəyə enəcək. Araşdırma qrupundan Kazumi Ozaki, hazırladıqları modeli 400.000 dəfə işlətdiklərini söylədi. Yer təxminən 2,5 milyard il əvvəl oksigenlə zəngin planetə çevrilib. Oksigensizləşmə üçün bir milyard il var, lakin bəşəriyyət üçün ən böyük təhlükə qlobal istiləşmə və onun gətirdiyi iqlim dəyişikliyidir. Tədqiqat göstərir ki, Covid-19-un gətirdiyi qısamüddətli normallaşma öz təsirini itirib. Karbon emissiyaları artıq Covid-19-dan əvvəlki vəziyyətə qayıdıb.