Tanınmış aparıcı ölümdən döndü: "Avtobus bir neçə saniyə gec gəlsə idi..."


Tanınmış aparıcı Vüsalə Məmmədova “Bolt” taksi sürücüsünün səhlənkarlığı ucbatından ölümdən döndüyünü bildirib.


AFN.az xəbər verir ki, aparıcı bu haqda feyzbukda yazıb: “Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi. İki dəfə yoxladım, həqiqətən, qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım…

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?” “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyimi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir. Mənə də deyir, “səninlə başqa yerdə danışacam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu