Ailə-məmur biznesi olan böyük otellər vergidən yayınmaq üçün...

2022-ci ildə ölkə üzrə mehmanxanalarda hər 100 otaqdan 85-i, yəni, 85%-i boş qalıb.
AFN.az xəbər verir ki, bu göstərici Naftalanda 37,6%, Qubada 27,8%, Lənkəranda 24,1%, Bakıda 23,8%, Qəbələdə 19,7%, Şuşada 16,7% digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı, yəni, məsələn, Şəkidə 15%-dən də aşağı olub.
Qeyd edək ki, dünyada qəbul olunmuş normalara görə, il boyu ortalama heç olmasa, 55-60% dolmayan otellərin ziyanla işlədiyi qəbul olunur.
İqtisadçı ekspert Natiq Cəfərli məsələni şərh edərkən bildirib ki, məmur biznesi olan otelçilik başqa cür işləyə bilməz: "Amma burada ortaya iki sual çıxır: Əgər otellər boş qalırsa, qiymətlər niyə düşmür? Bu qədər aşağı göstəricilərin olması, bəlkə elə rəsmiləşdirmə problemidir?! Yəni, ailə-məmur biznesi olan böyük otellər vergidən yayınmaq üçün qonaq sayını aşağı göstərir, rəsmiləşdirmə olmur, nəticədə də belə aşağı rəqəmlər alınır".