ABŞ Türkiyəni aldatdı


Ankara ABŞ-dan nə qırıcı təyyarələri, nə də onlara ödənilən pulu almayıb.


AFN.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Əvəzində heç nə təklif etmədən bizi “C-400” alacağımızla hədələyənlər var idi. İndi biz “F-16”-ların tədarükü ilə bağlı danışıqlar aparırıq. Lakin bizə rədd cavabı verilir. Bizə “F-35” təyyarələri vəd etdilər. Lakin onlar sözlərində durmadılar. Halbuki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, - deyə dövlət başçısı bildirib.
Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğunu və tərəfdaşlarından bunu gözlədiyini vurğulayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu