ABŞ PDM-ləri Rusiya ilə döyüşə göndərdi


ABŞ Nəqliyyat Komandanlığı Birləşmiş Ştatların hərbi yardımı çərçivəsində “Bradley” piyada döyüş maşınlarının ilk partiyasını Ukraynaya göndərib.


AFN.az xəbər verir ki, Pentaqonun yaydığı məlumatda belə deyilir. “60-dan çox Bradley piyadaların döyüş maşını olan yük keçən həftə Cənubi Karolina ştatının Şimali Çarlston sahillərini tərk etdi və Ukrayna qüvvələrinin sərhədlərini Rusiyanın qanunsuz müdaxiləsindən qorumaq üçün əlavə hücum və müdafiə imkanları təmin edəcək”-deyə açıqlamada qeyd edilir.
ABŞ Müdafiə Nazirliyindən onu da bildiriblər ki, Ukraynaya əlavə hava hücumundan müdafiə və zirehli texnikanın tədarükü də daxil olmaqla, təhlükəsizlik sahəsində böyük yardım paketi ayrıb. Eyni zamanda bir çox ölkə Ukrayna Silahlı Qüvvələrinə əhəmiyyətli dəstəyini elan edib.
Buraya Almaniya və Niderlanın verəcəyi “Patriot” sistemləri daxildir. Bundan başqa, Kanada zenit-raket komplekslərinin, Britaniya isə “Challenger 2” tanklarını tədarük edəcəyini açıqlayıb.
Ötən həftə ABŞ, Almaniya və bir sıra Avropa ölkələri Ukraynaya “Abrams M1” və “Leopard 2” tanklarını verəcəklərini açıqlayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu