Qarda sürüşən avtomobillər qorxulu anlar yaşatdı - VİDEO


Türkiyədə qarda hərəkət etməkdə çətinlik çəkən mini avtobusun sürüşərək digər avtomobillərin arasına düşməsi qorxulu anlar yaşadıb.


AFN.az xəbər verir ki, Dənizlinin Honaz səmtində mikroavtobus sürüşərək ərazini "döyüş bölgəsi"nə çevirib. 7 avtomobilin xəsarət aldığı qəza səbəbindən yaşanan qorxulu anlar kameralara əks olunub.

Honaz rayonu ərazisində, Honaz Milli Parkına getmək üçün yola çıxan sürücülər buz bağlayan yolda qalıblar. Bir çox sürücü daha irəli gedə bilməyəcəklərini anladıqları üçün avtomobillərini yolun kənarında dayandırıblar. Bu vaxt yuxarıdan sürüşən maşın dayanan avtomobillərə çırpılıb. Zərbənin təsirindən dayanan vasitələrdən biri olan mikroavtobus sürücüsüz hərəkətə keçib. Sürətlə irəliləyən mikroavtobusun qabağına nə çıxırsa ona çırpılaraq durmadan hərəkət etdiyi görünür. Bu sırada yol kənarında gözləyən vətəndaşlar qışqıraraq qaçmağa başlayıb.
Hadisədə yeganə təsəlli insan tələfatının olmamasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu