Sinan Atəşin qətlində şübhəli bilinən Eray Özyağçı həbs edilib


Türkiyə Ülkü Ocakları Təhsil və Mədəniyyət Vəqfi başçısı, Hacettepe Universitetinin müəllimi dosent Sinan Atəşin qətlində şübhəli bilinən Eray Özyağcı həbs edilib.


Qeyd edək ki, Sinan Atəş 30 dekabr 2022-ci il tarixində dostu Selman Bozkurtda Çankaya rayonunun Kızılırmak səmtində binadan çıxarkən motosikletli 2 nəfərin hücumuna məruz qalıb. Bozqurd çiynindən yaralanıb, Atəş həyatını itirib. Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində biri vəkil olmaqla 18 nəfər həbs edilib.

Qətlin atıcısı olduğu iddia edilən Eray Özyağcı 2 gün əvvəl mühacirlərlə Yunanıstana qaçmaq istəyərkən Ədirnədə sərhəd əsgərləri tərəfindən yaxalanıb.

Hərbi birliklər tərəfindən Ankara Polis İdarəsinə təhvil verilən Özyağcı polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb. Eray Özyağcının istintaqı aparan Respublika Baş Prokurorunun müavininə ifadəsindən sonra o, “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunmaq üçün növbətçi məhkəməyə çıxarılıb. Özyağcı barəsində həbs qətimkan tədbiri seçilib, o, həbsxanaya göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu