Bayden növbəti seçkilərə qatılıb-qatılmamaqla bağlı qərar verə bilmir
ABŞ prezidenti Co Bayden hələ 2024-cü il seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərar verməyib.
AFN.az xəbər verir ki, Bayden CNN-ə müsahibəsində "2024-cü il seçkilərində iştirakla bağlı qərar verməyə hələ hazır deyiləm" - deyə bildirib. "Mən sadəcə bunu etməyə hazır deyiləm" - ABŞ prezidenti "namizədlik barədə qərar verməyə nə mane olur" sualını cavablandırarkən deyib.
Bayden daha əvvəl 2024-cü il seçkilərində iştirak etmək niyyətində olduğunu və yaşının çox olmasının onu narahat etmədiyini bildirsə də, hələlik qəti qərar yoxdur.