İstanbulda zəlzələ qurbanlarını telefonla aldadan 6 nəfər tutulub


Türkiyədə baş verən zəlzələ türk xalqını bir yumruq halına gətirib. İstər xilasetmə, istərsə də, yardımlaşma kampaniyalarında can qoyanlarla bərabər, fırıldaqla, xuliqanlıqla məşğul olanlar da var.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepdə zəlzələdən sağ çıxanları telefonla aldatmaqda təqsirli olan 6 şübhəli İstanbulun Beykoz şəhərində saxlanılıb. Belə ki, Qaziantepin Şahinbey rayonunda yaşayan zəlzələdən xilas olmuş Nedim Akarsuyu arayan fırıldaqçılar özlərini “Türk Telecom” işçisi kimi təqdim edərək, kömək vədi ilə bank məlumatlarını alıblar. Hesabındakı 37 min lirənin başqa hesaba göndərildiyini anlayan Akarsunun şikayəti üzərinə fırıldaqçıların tutulması üçün işlərə başlanılıb. Polis pulun Y.U-nun Beykozdakı hesabına göndərildiyini təyin edib. Beykoz Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Y.U. B.K, E.A, T.T, T.D. və H.Y. O, Beykozda polis tərəfindən yaxalanıb.

Şübhəlilərdən həmçinin 2 ədəd noutbuk, çoxlu sayda cib telefonu, 1 ədəd sənədsiz silah və cinayətdə istifadə edilən materiallar götürülüb. Şübhəlilər bu gün məhkəmə qarşısına çıxarılacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu