Xilasedicilər uçqunun altında qaldılar - dəhşətli görüntülər+VİDEO


Türkiyədə dağıntılar altından xalsetmə əməliyyatlarını reallaşdıran bir qrup xilasedici faciəli anlar yaşayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatay-Kırıkhan Kurtuluş Məhəlləsində xilasetmə işləri aparan Ayvalık Təbii Fəlakət Axtarış-Xilasetmə (ADAK) xilasetmə qrupundan bir nəfər binanın çökməsi nəticəsində dağıntılar altında qalıb. O, xilasedici dostlarının dəstəyi ilə dağıntılar altından çıxarılıb.

Alınan məlumata görə, Balıkəsirdə Ayvalık rayonunda zəlzələ bölgəsinə gedən ADAK Xilasetmə Qrupu zəlzələnin ilk günündən bu yana bir çox xilasetmə işlərinə nail olub. Qrup Hatayın Kırıkhan Kurtuluş Məhəlləsində bir müəllimin evinin dağıntıları üzərində işləyərkən çökmə baş verib. Xilasetmə dəstəsinin əməkdaşı Batuhan Tügen dağıntılar altında qalıb. Uçulma anları və Batuhan Tügenin dağıntılar altında qalması kameraya əks olunub.

Xilasedici Batuhan Tügenin səhhətinin yaxşı olduğu və xilasetmə işlərinin davam etdiyi öyrənilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu