Kosovo və Serbiya liderləri “çətin kompromislərə” getməli olacaqlar - Blinken


Kosovo və Serbiya liderləri münasibətlərini normallaşdırmaq üçün çətin kompromislərə getməli olacaqlar.


AFN.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin saytındakı bəyanatda bildirib.

"Mən əminəm ki, Serbiya və Kosovo arasında münasibətlərin normallaşması Serbiyaya və Qərbi Balkanların bütün vətəndaşlarına təhlükəsizlik və firavanlıq gətirəcək" - deyə dövət katibi vurğulayıb.

Blinkenin Serbiyaya Dövlətçilik Günü münasibətilə təbrik məktubunda həmçinin qeyd edilib ki, Serbiya və Kosovo liderləri bu məqsədlərə çatmaq üçün çətin kompromislərə gedəcəklər: "Lakin serb xalqı və bütün region üçün mükafat böyük olacaq". Blinken həmçinin Serbiyanı Rusiyanın hücumuna qarşı Ukraynanı dəstəkləməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu