Yaponiya Sahil Mühafizəsi tapılan metal topun nə olduğunu hələ müəyyənləşdirə bilməyib


Yaponiya Sahil Mühafizəsi tapılan metal topla bağlı araşdırmaları davam etdirir.


AFN.az-ın xəbərinə görə, Sahil Mühafizəsinin Omaezaki bölməsinin nümayəndələri "RİA Novosti"yə bildiriblər ki, onlar çərşənbə axşamı səhər Şizuoka prefekturasının Enşyuhama çimərliyinin sahilində tapılan iri metal topun nə olduğunu hələ də müəyyənləşdirə bilməyiblər.

Qeyd edək ki, "Daiichi TV" səhər saatlarında Namamatsu şəhərinin Tsuboi rayonundakı çimərlikdə təxminən 1,5 metr diametrdə, metaldan hazırlandığı ehtimal olunan top tapıldığını bildirmişdi. Yerli sakin polisə zəng edərək tapıntı barədə məlumat verib. Hadisə yerinə gələn polislər çimərliyə girişi məhdudlaşdırıb. Şarın fotoşəkilləri də Yaponiya Özünümüdafiə Qüvvələri və Sahil Mühafizəsi ekspertlərinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu