Bu ölkədə evlilik yaşı qaldırıldı


Gənc qızları məcburi nikahlardan qorumaq üçün İngiltərə və Uelsdə minimum nikah yaşını 16-dan 18-ə qaldıran qanun qüvvəyə minib.


AFN.az xəbər verir ki, bu barədə İngiltərə hökumətinin internet saytında dərc edilən press-relizdə bildirilir. “Sosial cəhətdən həssas vəziyyətdə olan uşaqların nikaha daxil edilərək istismar edilməsi qanunsuzdur və məcburi olub-olmamasından asılı olmayaraq istənilən şəraitdə cəzalandırılır”, - deyə hökumətin sənədində qeyd edilir.

Bildirilir ki, əvvəllər məcburi nikah yalnız hədə-qorxu kimi bir növ məcburiyyətdən istifadə olunduğu halda cinayət sayılırdı: "İndi bunun heç bir sübuta ehtiyacı yoxdur və akt həm qeydə alınmış nikahlara, həm də qeyri-rəsmi mərasimlərə şamil edilir".

İngiltərə parlamentinin üzvü Pauline Latham, "Ölkədə uşaq nikahına qadağa qoyulması üçün beş il yorulmadan çalışan kampaniyaçılar üçün əlamətdar bir gündür" - deyə qanunu şərh edib.

İngiltərədə artıq valideynlərin razılığı olsa belə, 16-17 yaşlı yeniyetmələrin ailə qurmasına icazə verilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu