VTB-nin Avropadakı törəməsi bağlandığını elan etdi


Rusiyanın "VTB Bankı"nın Avropadakı törəməsi - "VTB Bank" (Europe) aprelin 1-dən ləğv olunur.


AFN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar kredit təşkilatının növbədənkənar iclasında qəbul olunub.
Aprelin 1-dən bank işgüzar və müştəri münasibətlərini dayandırılmasına başlayır. Bildirilir ki, müştərilərin bankdakı depozitləri ikisəviyyəli zəmanət sistemi ilə qorunur.
Qeyd edək ki, 2021-ci ilin sonunda 7,3 milyard avro aktivlərə malik olan VTB Bank (Europe) Rusiyadakı ana şirkətə məxsus idi. 2022-ci ilin aprelində Almaniya tənzimləyicisi Rusiya bankını törəmə bankın idarəçiliyindən tamamilə kənarlaşdırıb. Bundan sonra Rusiya bankı törəməsini Rusiyadakı Avropa bank aktivlərindən biri ilə əvəzləşdirməyə çalışıb. Bununla bağlı RBI bankla danışıqlar aparılıb, lakin siyasi səbəblərdən mübadilə baş tutmayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu , 2012-ci ildə VTB-nin 2,95 faiz səhmini 500 milyon dollara əldə edərək, bankın ən böyük minoritar səhmdarı olub. Bankın nəzarət səhm paketi “Rosimuşestvo”ya(60,93 faiz) məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu