Vətənpərvər təhsil işçisi...
Azərbaycan gəncliyinin düzgün formalaşması və inkişafı, ilk olaraq onun təhsilinin, daha sonra mədəniyyətinin ana xəttindən keçir.
Cəmiyyətimizdə baş verən bəzi xoşa gəlməz halların aradan qaldırılması üçün ilk öncə məktəblərdən başlamaq lazımdır. Örnək olan məktəb direktorlarının fəaliyyətini işıqlandıraraq, bəzi təhsil işçilərinə sözün əsl mənasında dərs keçmək lazımdır. Söhbət açacağım qəhrəmanım Maştağa qəsəbəsində yerləşən, Nəriman Nərimanov adına 128 saylı məktəbin direktoru Sədaqət xanım Əliyeva Azərbaycan təhsilinə əsl töhvədir desəm yanılmaram.
Qəlbi Vətən eşqiylə döyünən vətənpərvər təhsil işçisi yaxın tarixi keçmişimizdən bu günümüzə qədər Qarabağ müharıbəsində vuruşan qazi və şəhid oğullarımızın keçdiyi qəhrəmanlıq yoluna işıq salaraq, şagirdlərinə vətənpərvərlik ruhunu aşılamaqdadır.
Təhsillə yanaşı, əxlaq və tərbiyənin insan həyatında başlıca amil olduğunu bütün tədbirlərdə ön plana çəkən sözü gedən məktəb direktoru, yüksək mədəniyyət və elita sahibidir. Maştağa şəhidlərinin əziz xatirəsini daim yad edən Sədaqət xanımın bu vətənpərvərliyi onun Vətənə olan sonsuz sevgisindən irəli gəlir.
Haqqında bəhs etdiyim qəhrəmanım özü haqqında danışmağı sevməsə də, onun fəaliyyətini işıqlandırmağı, bir vətəndaş kimi özümə borc bildim. Dəfələrlə keçirilən tədbirlərdə onun Vətənə olan sevgisi, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, məni bu məqaləni yazmağa sövq etdi.
Şəhid analarının qəlbini ovundurmaq üçün tez-tez onların evlərinə gedib baş çəkən vətənpərvər təhsil işçisi, şəhid oğullarımızın xatirəsini əziz tutaraq, onların ad günlərinə həsr olunmuş tədbirlər həyata keçirərək, şəhidlərimizin ruhunu şad edir.
Yetirir Mehdilər, Hüseynzadələr
İgidlər oylağı, Vətən torpağı.
Şəhidlər adına şəhid deməyək,
İgidlər söyləyək Vətən sayağı.
Deməyək kiməsə şəhid anası,
Deyək igid Aslanın anası gəlir.
Götürün başından qara örpəyi!
Bəyaz kəlağayı havası gəlir.
Yaşa ey Vətənim, yaşa ey xalqım!
Sənin ki, bu qədər igidlərin var.
Səni qorumağa, səni tutmağa
Hələ neçə min də şəhidlərin var!
Müəllif: R.Heybətova
12 aprel 2023 -cü il