Mükafatlandırma mərasimində 12 nəfər istidən öldü


Hindistanın Maharaştra ştatında açıq havada keçirilən mükafatlandırma mərasimində 12 nəfər istidən ölüb.


AFN.az BBC-yə istinadən xəbər verir ki, Hindistanın qərbindəki Maharaştra əyalətində açıq havada keçirilən və minlərlə insanın qatıldığı tədbirdə 12 nəfər həddindən artıq istilərlə bağlı sağlamlıq problemləri səbəbindən həyatını itirib. Navi Mumbai şəhərində yerli vaxtla saat 11:30-da başlayan və 13:00-a qədər davam edən mükafatlandırma mərasimində havanın temperaturu 38 dərəcəyə yüksəlib. Camaat sosial işçi Appasaheb Dharmadhikariyə verilən xidmət mükafatını izləmək üçün toplanaraq kölgəsiz ərazidə saatlarla gözləyib.

Mərasimə bir çox yüksək səviyyəli siyasətçilər, o cümlədən daxili işlər naziri Amit Şah və hakim Bharatiya Janata Partiyasının (BJP) yerli siyasətçiləri qatılıb. Tədbirdən sonra çox sayda insan susuzluq, başgicəllənmə, yüksək təzyiq kimi isti hava ilə bağlı şikayətlərlə xəstəxanaya yerləşdirilib, onlardan 12 nəfəri həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu