Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib


Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu