Qərb Ukraynaya hərbi yardımı dayandırır və... - Cozef Borreldən açıqlama


Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel İspaniyanın "Sexta" telekanalına müsahibəsində bildirib ki, Qərb ölkələrinin dəstəyi olmasa, Ukrayna bir neçə gün ərzində təslim olmalı idi.


Jurnalistin münaqişəyə necə son qoyacağı ilə bağlı sualını cavablandıran diplomat "cavab"ı bildiyini qeyd edib: "Mən dərhal necə başa vuracağımı bilirəm: Ukraynaya hərbi yardım göstərməyi dayandırıram və Ukrayna bir neçə gün ərzində təslim olur".

Bununla belə, o, dünya ictimaiyyətinin Ukrayna münaqişəsinə belə son qoyulmasına ehtiyac olub-olmaması ilə bağlı bildirib ki, Kiyevə əlavə yardımın tərəfdarıdır. Avropa diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, Aİ mübarizə aparmır və münaqişə tərəfi deyil, çünki o, birbaşa müdaxilə etmir.

Bundan əvvəl, mayın 7-də Borrell Ukraynadakı münaqişənin NATO-nu yenidən birləşdirdiyini, lakin Qərb ölkələri ilə dünyanın digər dövlətləri arasındakı fərqi artırdığını bildirmişdi. Onun fikrincə, ziddiyyətlərin artması riski ciddidir və nəticədə onlar dərin qırılmaya səbəb ola bilər.

Mayın 3-də məlum olub ki, Avropa Komissiyası (AK) Kiyev üçün sursat istehsalına 1,5 milyard avro ayıracaq. AK-nin bəyanatına görə, Aİ büdcəsindən 500 milyon avro, Avropa Sülh Fondundan isə 1 milyard avro ayrılması planlaşdırılır. Həmçinin qeyd olunub ki, 11 ölkə 155 mm çaplı NATO mərmilərinin, daha iki Aİ ölkəsi isə 152 mm çaplı mərmilərin istehsalını sürətləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu