“Mercedes” zavodunda baş verən atışmada bir nəfər ölüb


Hücum edən şəxs Almaniyanın Ştutqartdan 15 kilometr aralıda yerləşən Sindelfingen kəndində Mercedes-Benz avtomobil istehsalçısının zavoduna atəş açıb.

AFN.az xəbər verir ki, regional polis nümayəndəsinin sözlərinə görə, bir nəfər həlak olub, bir nəfər yaralanıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilib.

“Atəş açan şəxs həbs edilib. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur” - deyə “Twitter”də yayılan mesajda qeyd olunub.

Şübhəlinin atəş açma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Mercedes-Benz S-class avtomobilləri hadisənin baş verdiyi Sindelfingendəki fabrikdə istehsal olunur. Zavodda hər hansı nasazlığın baş verməsi barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu