Bulvarda azyaşlı övladı ilə birgə intihar etmək istəyən qadının uşağı atasının himayəsinə verilib - FOTOLAR


Bulvarda azyaşlı övladı ilə birgə intihar etmək istəyən qadının uşağı atasının himayəsinə verilib.


AFN.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, Komitənin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.
"Səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib. Qadının üç uşağı olduğu müəyyən edilib. Hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır" - deyə qurumun məlumatında qeyd edilir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu