Pentaqon ukraynalı pilotların təliminə başladığını elan etdi

Pentaqonun rəhbəri Lloyd Austin ABŞ və müttəfiqləri yaxın həftələrdə Amerika istehsalı olan F-16 qırıcılarının ukraynalı pilotlarına təlim keçməyə başlayacağını bildirib.
“ABŞ Ukrayna pilotlarını dördüncü nəsil təyyarələrdən, o cümlədən F-16 qırıcılarından istifadəyə hazırlamaq üçün müttəfiqləri və tərəfdaşları ilə birgə səyləri dəstəkləyəcək” - o, qeyd edib.