KTMT hərbi təlimlərin planlarını razılaşdırıb


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin hazırlanması və keçirilməsi ilə bağlı Brestdə keçirilən qərargah danışıqlarının iştirakçıları manevrlərin planını razılaşdırıblar.


AFN.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko bildirib.

"Brest şəhərində KTMT-nin birgə və xüsusi təlimlərinin hazırlanması və keçirilməsi ilə bağlı ikinci qərargah danışıqları keçirilib. Planların əsasları razılaşdırılıb, ərazilərin kəşfiyyatı aparılıb və qarşıdan gələn hadisələrə bütün tərəflərin ümumi baxışını əks etdirən protokol imzalanıb", - deyə Revenko Twitter-də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu