İsveçrədə bank əməkdaşlarına ruslara xidmət göstərmək qadağan edilib


İsveçrənin ən böyük bankı UBS "Credit Suisse"nin əməkdaşlarına Rusiyadan yeni müştərilər cəlb etməyi qadağan edib. Qayda Liviya, Sudan, Venesuela və başqalarından olan müştərilərə də şamil edilir. Bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.


UBS riskli müştərilərlə işləmək qorxusundan qalmaqallı banka məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Belə ki, qadağalar siyahısına bir sıra ölkələrin müştəri xidmətləri də daxil edilib. Qərar çirkli pulların yuyulması, rüşvətxorluq və korrupsiya riskini məhdudlaşdırmaq üçün verilib. Bu kateqoriya üzrə yüksək risk səviyyəsi Rusiya və digər 27 ölkəyə (onların arasında Belarus, Əfqanıstan, İraq, Kosovo, Özbəkistan, Tacikistan, Eritreya da var) verilib.

Bundan əlavə, "Credit Suisse" əməkdaşları artıq Ukrayna siyasətçilərini və yerli dövlət müəssisələrini qəbul edə bilməzlər. Qadağanın səbəbi kimi potensial çirkli pulların yuyulmasının qarşısının alınmasının vacibliyini göstərilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu